Bu gün G və H qruplarında 2022-ci il Dünya Çempionatının qrup mərhələsinin son oyunları keçiriləcək.
Yenisabah.az həmin oyunların siyahısını təqdim edir:
Bakı vaxtı ilə 19:00-da H qrupunda 2 turdan sonra hesabında 1 xalı olan Cənubi Koreya yığması 6 xalla qrupa başçılıq edən Portuqaliya komandası ilə mübarizə aparacaq. Marqarita pizza
Hesabına 4 xalı əlavə Qana yığması isə 1 xalla qrupda qərarlaşan Uruqvay ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, H qrupundakı oyunlarda Portuqaliya pley-offa çıxma şansını əldə etsə də, Qana, Uruqvay və Cənubi Koreya komandalarına növbəti mərhələyə çıxmaq üçün mümkün qələbə lazımdır.
Saat 23:00-da keçiriləcək oyunlarda isə qrupa 6 xalla başçılıq edən Braziliyadan savayı G qrupunun bütün komandaları pley-offa çıxmaq şanslarını qoruyub saxlayır. Paralel matçlarda aktivinə 1 xalı yazan Serbiya İsveçrə (3), Kamerun (1) isə Braziliya (6) səddini aşmağa çalışacaq.
Telegram kanalımız