DÇ-də ilk: Qadın matça baş hakim təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

DÇ-də ilk: Qadın matça baş hakim təyin olundu

İdman

30 Noyabr 2022 02:25 875


Qətərdə keçirilən dünya çempionatında bir ilk yaşanacaq.

Yenisabah.az xəbər verir ki, FIFA E qrupunun III turunun Almaniya – Kosta Rika matçına mudiallar tarixində ilk dəfə qadın baş hakim təyin edib.

Fransalı Stefani Freppart sözügedən oyunda əsas idarəedici olacaq. pizza mizza

Ona həmcinsləri – braziliyalı Neuza Bek və meksikalı Karen Diaz Medina laynsmanlar qismində yardımçı olacaqlar.

Matçın dördüncü hakimi honduraslı Said Martinez təyin edilib.

Qeyd edək ki, Almaniya – Kosta Rika oyunu dekabrın 1-də, saat 23:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!