DÇ-də ilk sürprizlər - Qətər-2022 yaddaqalan olacaq

DÇ-də ilk sürprizlər - Qətər-2022 yaddaqalan olacaq

İdman Veb saytların hazırlanması

24 Noyabr 2022 13:59 824


Qətərdə start götürən futbol üzrə Dünya Çempionatı böyük vüsət alıb. Milyonlarla azarkeş sevimli komandalarını stadionlardan və televiziya ekranları qarşısında alqışlayır, inanılmaz emosiyalar yaşayır.

Yenisabah.az xəbər verir ki, çempionatın ilk turu çərçivəsində keçirilən oyunlar həqiqətən də emosional, maraqlı və dinamikdir. Artıq 12 oyun keçirilib, lakin DÇ-nin maraqlı və möhtəşəm keçdiyini indidən demək olar. Azarkeşləri yaxın gələcəkdə parlaq futbol çıxışları gözləyir.

Çempionatda bir sıra yaddaqalan hadisələr qeydə alınıb. Məsələn, Fransa millisinin hücumçusu Olivye Jiru Avstraliya ilə görüşdə dubl müəllifi olub, qollarının sayını 51-ə çatdırıb və Fransa millisinin bombardiri Tyeri Anriyə şərik olub. Daha bir qoldan sonra isə Jiru Fransa yığmasının ən yaxşı bombardiri olacaq. Çox güman ki, fransalı hücumçunun mütləq buna imkanı olacaq.

Daha bir yaddaqalan fakt noyabrın 23-də qeydə alınıb. İspaniya millisinin yarımmüdafiəçisi Qavi Kosta-Rika ilə görüşdə qol vuraraq Peledən sonra DÇ-də qol vuran ən gənc futbolçu olub. Qavi hazırda 18 yaşındadır (18 yaş 110 gün). 1958-ci ildə isə Pele 17 yaş 249 günlük olarkən DÇ-də İsveç millisinə ilk qolunu vurub (5:2).

Bu çempionatı siyasi hadisələrdən də müəyyən qədər azad olmayıb. Məsələn, İran milli komandasının futbolçuları İngiltərə ilə oyun başlamazdan əvvəl öz ölkələrinin himnini oxumayıb və bununla hökumət əleyhinə nümayişlərin iştirakçılarına dəstək ifadə ediblər.

Hər şey hələ qabaqdadır və yeni rekordlar və yaddaqalan hadisələr çox mümkündür.

Bu gün keçiriləcək oyunlar isə aşağıdakılardır:

14:00 İsveçrə-Kamerun;

17:00 Uruqvay-Cənubi Koreya;

20:00 Portuqaliya-Qana;

23:00 Braziliya-Serbiya.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!