DÇ-də növbəti sürpriz: Yaponiya Almaniyaya qalib gəldi

DÇ-də növbəti sürpriz: Yaponiya Almaniyaya qalib gəldi

İdman Veb saytların hazırlanması

23 Noyabr 2022 19:05 764


Qətərdə təşkil olunan DÇ-2022-də 1-ci turun oyunları davam edir.

Yenisabah.az xəbər verir ki, bu gün üçün nəzərdə tutulan dörd oyundan daha biri keçirilib.

E qrupunda  Almaniya seçməsi Yaponiya ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub. 20:00-da isə İspaniya Kosta Rika ilə qarşılaşacaq.

Günün ilk matçında F qrupunda Xorvatiya millisi Mərakeşlə qarşılaşıb. Oyunda qapılara qol vurulmayıb. Bu qrupun digər matçında Belçika Kanada ilə üz-üzə gələcək. Oyun saat 23:00-da start götürəcək.

 

DÇ-2022

23 noyabr

E qrupu

17:00. Almaniya - Yaponiya - 1:2

Qol: İlkay Gündoğan, 33-pen., - Doan, 75, Asano, 83 

Baş hakim: İvan Barton (Salvador)

"Xəlifə" stadionu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!