Artıq futbol üzrə Dünya Çempionatına 5 gün qalıb.
Yenisabah.az xəbər verir ki, 22-ci DÇ-yə Qətər ev sahibliyi edəcək.
Qapalı və xüsusi kondisioner sistemi olan stadionlarda oynanılacaq matçlarda 36 milli yığmanın iştirak edəcəyi sonuncu dünya çempionatı olacaq. Növbəti mundialda əlavə olaraq daha 12, ümumilikdə isə 48 yığma komandanın iştirakı planlaşdırılır. pizza hut
Qətər Cənubi Koreya və Yaponiyadan sonra Dünya Çempionatına ev sahibliyi edən üçüncü Asiya ölkəsidir. O, infrastruktur və digər hazırlıqlara 200 milyon dollar xərcləyən yeganə dövlətdir. Nəhayət, bu, mundial tarixində payızda keçirilən ilk dünya çempionatıdır.
Bu, futbol dünyası üçün bütün zamanların ən yaxşı iki futbolçusunu – Lionel Messi və Kriştianu Ronaldonu görəcəyimiz son DÇ ola bilər.
Mütəxəssislər, həmçinin, hazırda komandanın kapitanı Lionel Messinin rəhbərlik etdiyi və Amerika kuboku çempionu olan Argentina millisini dünya kubokunun qalibi üçün əsas namizəd hesab edirlər.
Favoritlər arasında əvvəlki Avropa çempionatında möhtəşəm çıxışları ilə azarkeşlərin yaddaşında qalan İngiltərə komandası da var. İngiltərə 1966-cı ildə Tofiq Bəhramovun sayəsində ilk və hələ ki yeganə DÇ qalibiyyətini əlində saxlayan ölkələrdən biridir.
Dünya Kubokunun hazırkı çempionu Fransanın da titulunu qorumaq ambisiyaları var, lakin statistika göstərir ki, son bir neçə mundialda mövcud çempionlar qrup mərhələsinin baryerini belə keçə bilməyiblər.
Qeyd edək ki, Fransa sonuncu – 2018-ci ildəki DÇ-nin qalibi olub.
Ən yaxşı milli komandalar arasında özünəməxsus üsluba malik olan və DÇ-nin yarımfinalına və ya finalına yüksələ bilən Almaniya və İspaniya milliləri də var.
Analitiklərə görə, Hollandiya, Belçika, Danimarka və Portuqaliya dünya çempionatında həmişə oyunun gedişatını dəyişə bilmiş komandalardır və bu dəfə də edə bilərlər.
Dünya Çempionatının başlamasından sonrakı 28 gün yeni emosiyalar və futbol reallığı ilə dolu olacaq. Milyonlar futbolla yaşayacaq və bütün bunların yekunu dekabrın 18-də finalla yekunlaşacaq.
Qeyd edək ki, Dünya Çempionatınin ilk matçı noyabrın 20-də Qətər-Ekvador oyunu ilə start götürəcək.
Rafi MÜSLÜMOV
Telegram kanalımız