DÇ-yə ev sahibliyi Rusiyadan Azərbaycana keçdi

saytların hazırlanması

Evə çatdırılma

DÇ-yə ev sahibliyi Rusiyadan Azərbaycana keçdi

İdman

04 Sentyabr 2022 13:00 992


2023-cü ildə atıcılıq üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.

Yenisabah.az xəbər verir ki, Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) İcraiyyə Komitəsi bu barədə qərar qəbul edib.

Yarış Rusiyada keçirilməli idi. Lakin 30 iyun 2021-ci ildə İSSF Rusiyada keçirilməsi nəzərdə tutulan bütün turnirləri 2022-ci ildən 2023-cü ilə təxirə salmaq qərarına gəlib. Bu qərar İdman Arbitraj Məhkəməsinin (CAS) 2020-ci ilin dekabrında çıxardığı hökm fonunda qəbul edilib. Sezar pizza

Məhkəmə Rusiya idmançılarının dünya çempionatlarında və Olimpiya oyunlarında öz ölkələrinin bayrağı altında çıxış etməsinə iki il müddətinə qadağa qoyub, Rusiya ən böyük idman yarışlarına ev sahibliyi etmək iddiası hüququnu itirib.

2022-ci il martın 7-də İSSF İcraiyyə Komitəsi Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus idmançılarının beynəlxalq turnirlərdə iştirakını növbəti xəbərdarlıq edilənədək dayandırıb. Rusiya həmçinin 2022-ci ilin avqust və sentyabr aylarında stend atıcılığı üzrə Avropa çempionatına ev sahibliyi etmək hüququnu itirib.

Buna görə də turnirin 14-31 avqust 2023-cü il tarixlərində Azərbaycanda olması planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!