Milli komandamızın məşqçisi Arif Əsədov "Qarabağ"ın futbolçusu Qara Qarayevin Millətlər Liqasının son oyunlarında yığmaya çağırılmamasından danışıb.
Yenisabah.az xəbər verir ki, Canni De Byazinin köməkçisi Qol.az-a açıqlamasında Qaranın həm milli, həm də klub səviyyəsində öz sözünü deyən futbolçu olduğunu bildirib:
"Hazırda da yaxşı oyun nümayiş etdirir. Baç məşqçi Qara haqda öz fikrini bildirib. Amma onu deyim ki, millinin qapısı heç kimin üzünə bağlanmayıb. Ola bilər ki, bu gün hansısa futbolçu sırf taktiki gedişlə bağlı millidən kənarda qalsın. Bu, dünya futbolunda olan şeylərdir. Buna görə də Qara ilə bağlı məsələnin şişirdilməsinin əleyhinəyəm". Marqarita pizza
Arif Əsədov "Qara Qarayevi növbəti toplanışda millimizdə görə bilərik?" sualını belə cavablandırıb: "De Byazi Qaranı milliyə çağırmayacağını deməyib. Sadəcə olaraq sual verildi, o da öz fikrini bildirdi. Məsələnin bu dərəcəyə gətirilməsi heç də yaxşı hal deyil".
Telegram kanalımız