"Roma"dan ayrılan Daniele De Rossi futbolçu karyerasını başa vurub.
“Yeni Sabah” xəbər verir ki, "Roma" klubu yarımmüdafiəçi ilə müqaviləni yeniləməkdən imtina etdiyi üçün o, karyerasını bitirmək qərarına gəlib. Futbolçuya "Sampdoriya", "Fiorentina", "Milan", "Boka Xuniors" kimi klublarından təklif gəlməsinə baxmayaraq, karyerasını sonlandırıb. Onun İtaliya millisində məşqçi kimi işləyə biləcəyi iddia olunur.
Qeyd edək ki, De Rossi karyerası ərzində təkcə "Roma"da (2002-2019) oynayıb.
Telegram kanalımız