“Dedi ki, etiraf etməsən, Allah səni cəzalandıracaq“   - Vadji

saytların hazırlanması

Evə çatdırılma

“Dedi ki, etiraf etməsən, Allah səni cəzalandıracaq“ - Vadji

İdman

25 Fevral 2022 09:41 510


"Genduzi mənə dedi ki, müsəlmansan, həqiqəti deməsən, Allah səni cəzalandıracaq".

Yenisabah.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu  İbrahima Vadji Konfrans Liqasının pley-offunda "Marsel"ə 0:3 hesabı ilə uduzduqları oyunda əli ilə qol vurduqdan sonra qonaqların yarımmüdafiəçisi Matteo Genduzi ilə aralarındakı insident barədə danışarkən deyib.

"Komandamıza qələbə lazım idi. Əllə qol vursam da, öncə ümumi uğurumuz naminə referiyə bildirmədim. "Marsel"in futbolçuları qolu əlimlə vurduğumu söylədikdən sonra mənə təşəkkür etdilər" - deyə o bildirib. pizza sifarişi

Vadji Qurban Qurbanovun feyr-pley hərəkəti barədə isə bunları söyləyib: "O, ciddi insandır. Yalan danışmağı sevmir. Mənim üçün də ağır idi. Çünki topa əlimlə toxunmuşdum. Bunu kapitanıma və komanda yoldaşlarıma dedim. Baş məşqçi bildirdi ki, biz əllə qol vurmalı deyilik, məsuliyyəti öz üzərinə götürməlisən. Ona görə də hakimlə danışmağa getdim. Nəticədə referi qolu ləğv etdi".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!