“Dedilər, bu mükafata layiqsən” - Aktrisa

saytların hazırlanması

Evə çatdırılma

“Dedilər, bu mükafata layiqsən” - Aktrisa

Mədəniyyət

13 Dekabr 2023 15:14 2319


Əməkdar artist Gülşad Baxşıyeva Prezident İlham Əliyev tərəfindən təltif olunmasından danışıb.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, o, xəbəri eşidəndə kövrəlib:

“Başda rektorumuz Ceyran xanım olmaqla, universitet heyəti ilə səhər tezdən Ulu Öndər Heydər Əliyevi ziyarət etdik. Ondan da sonra Şəhidlər xiyabanına yollandıq. Yağış da aramsız yağmağa davam edirdi, ondan sonra evə gəldim. Zəng etdilər ki, Prezident təqaüdünə layiq görülmüsən. Bu sözü eşidəndə ürəyim çrpınmağa başladı, həyəcanlandım. Dedim, inanmıram axı, yalan deyirsən. Dedi ki, yox, indi sərəncamı sənə göndərəcəm, oxuyarsan. Cavab verdim ki, doğrudan? pizza

O kəlməni bir az fərqli söylədim. Özümdən asılı olmadan gözlərim doldu, yaş tökülməyə başladı. Çox həyəcanlıyam. Hər ay müəyyən bir məbləğ alacağım üçün yox, yadda qaldığım üçün həyəcanlandım. Yəni doğrudan bu səfər də məni yada saldılar? Dedilər, sən buradasan və bu mükafata layiqsən. Bu, sayılmaq hissidir.  Buna görə, həyəcanlandım, gözümdən yaş gəldi. Prezidentimiz çox sağ olsun. Allah onu bizim millətimizə, dövlətimizə çox görməsin. Daim var olsun. Allah ona can sağlığı versin”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!