Türkiyənin Adıyaman şəhərində faciə baş verib.
Yenisabah.az türk mediasına istinadən xəbər verir ki, məzarlıqda diri-diri torpağa basdırılmış körpə tapılıb.
Türkiyənin Adıyaman şəhərində şəhid məzarını ziyarət edən bir qrup tələbə körpə fəryadı eşidib. pizza
Səsə doğru yaxınlaşdıqda torpağa basdırılmış yeni doğulan körpə tapıblar. Yeni doğulan körpəni məzarın yanında torpağa basdırılmış vəziyyətdə tapan şagirdlər dərhal polisə xəbər veriblər. Polislə birlikdə qəbiristanlığa gələn xüsusi tibbi personal körpəni təcili yardım maşını ilə Adıyaman Təhsil və Araşdırma Xəstəxanasına aparıb. Müalicə olunan körpənin sağlamlığının yaxşı olduğu deyilir.
Körpəni tərk edən şəxsin və ya şəxslərin müəyyən edilməsi üçün polis araşdırmaya başlayıb.
Mehri Qurban
Telegram kanalımız