Müharibənin davam etdiyi Ukraynada baş verən dəhşətli qətl hadisəsi ölkəni silkələyib.
Yenisabah.az xəbər verir ki, vəkil Petr Bequn 39 yaşlı nişanlısı Olha Davydenkonu boğaraq öldürüb. Daha sonra bədbəxt qadının cəsədini parçalayan qatil dəlillərdən qurtulmaq üçün onun bəzi üzvlərini gölməçəyə atıb.
Bir neçə gün ərzində bədən hissələrini məhv etməyə çalışan Bequnun velosipedində şübhəli çantalar gəzdirdiyi görülüb. Olha Davydenkonun çanaq sümüyü və onurğasının bir hissəsi gölməçəyə atılan çamadanda, kəsilmiş əlləri və ayaqları isə başqa bir zibil torbasında tapılıb. pizza sifarişi
Vəhşilik daha dəhşətli həddə çatıb. Məlum olub ki, şübhəli sevgilisinin ürəyini, böyrəyini və cinsiyyət orqanını soyuducuda gizlədib. Sevgilisini mübahisə zəminində öldürdüyünü etiraf edən 39 yaşlı şübhəlini 15 ilə qədər həbs cəzası alacağı gözlənilir.
Telegram kanalımız