Dələduzluq yolu ilə 455 manat alan şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Dələduzluq yolu ilə 455 manat alan şəxs tutuldu

Kriminal

09 Dekabr 2021 10:41 663


Naftalanda dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Naftalan şəhər sakini Polis Şöbəsinə müraciət edərək, Nicat adlı şəxsin ona banklardan kredit götürməkdə kömək edəcəyinə vəd edərək ondan dələduzluq yolu ilə 455 manat pul alıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa qarşı dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Nicat Hüseynli saxlanılaraq Naftalan şəhər Polis Şöbəsinə gətirilib. Pepperoni pizza

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi dələduzluğu etiraf edib.

"Nicat Hüseynlinin əməllərindən digər vətəndaşların da zərər çəkməsi istisna olunmur, odur ki, həmin şəxslər DİN-in “102" Zəng Mərkəzinə, Naftalan şəhər Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər", - Mətbuat Xidmətindən bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!