“Delta” ştammı daha bir Avropa ölkəsinə çatdı 

saytların hazırlanması

Evə çatdırılma

“Delta” ştammı daha bir Avropa ölkəsinə çatdı 

Dünya

09 İyul 2021 09:00 1553


Slovakiyada 14 nəfərdə koronavirusun “Delta” ştammına rast gəlinib. “RİA Novosti” bu barədə ölkənin İctimai Səhiyyə İdarəsinin sözçüsü Daşa Raçkovanın açıqlamasına istinadla məlumat yayır.

Bildirilir ki, yoluxanların üçü vaksin vurulan şəxslərdir.

“Koronavirusun “Delta” ştammı əsasən xaricdən gələn və ya onlarla yaxın təmasda olan insanlarda aşkar edilib. Xəstəliyə qarşı peyvənd olunanlar onu yüngül keçirir”, – deyə Raçkova bildirib. Dördpendirli pizza

O qeyd edib ki, hazırda Slovakiyada koronavirusun “Alfa” variantı dominantdır, onunla müqayisədə “Delta” daha infeksion variantdır və xəstəlik daha ağır keçir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!