“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 2018-ci ildə alınmış elektrik qatarları ilə bağlı ekspert rəyi açıqlanıb.
Bir neçə gündür mediada skandala çevrilən bir qatarın 15 milyon dollara alınması ilə bağlı ADY ikinci dəfədir açıqlama yayır. Amma birinci açıqlamada olduğu kimi ikincidə də qatarların qiyməti haqda heç bir informasiya yoxdur. Yalnız yeni alınan qatarların üstünlükləri sadalanır və açıqlamadan o anlaşılır ki, vaqonların müasirləşdirilməsi təxminən 13 milyon dollar fərq yaradıb...
“Yeni Sabah” ADY Sərnişindaşımaları Departamentinin rəhbəri Elyar Muradovun fikirlərini olduğu kimi təqdim edir: pizza
"Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qatarların alınması ilə bağlı yayılan məlumatlarda texniki yanlışlığa yol verilib. Bu məsələyə aydınlıq gətirilməsi olduqca vacibdir.
Bir daha qeyd edirik ki, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən istər 2018-ci ildə, istərsə də 2019-cu ilin birici rübündə Belarus Respublikasından həmin ölkənin istehsal etdiyi sərnişin vaqonları alınmayıb. Yalnız 2018-ci ildə İsveçrənin “Stadler Rail Group” şirkətindən həmin şirkətin Belarus Respublikasındakı zavodunda komplektləşdirilmiş ikimərtəbəli 4 vaqondan ibarət 2 ədəd elektrik qatarları alınıb.
“Stadler Rail Group” şirkətinin adıçəkilən elektrik qatarları ilə Belarus Respublikasının istehsal etdiyi ənənəvi sərnişin vaqonları arasındakı fərq müqayisəolunmazdır.
Bununla belə bu fərqin daha aydın anlaşılması üçün qeyd olunan elektrik qatarı ilə ənənəvi sərnişin vaqonu arasındakı başlıca fərqləri göstərən müqayisəli cədvəli xüsusi bilik tələb edən spesifik parametrlərə toxunmadan diqqətinizə təqdim edirik:
Müqayisəli cədvəl:
|
“Stadler Rail Group” şirkətindən alınmış elektrik qatarı |
Belarus Respublikasının özünün istehsal etdiyi ənənəvi sərnişin vaqonu
|
||
|
1 |
Lokomotiv vasitəsi ilə dartılmır, mühərrikli və mühərriksiz vaqonlardan, iki idarəetmə kabinəsindən ibarət olmaqla, hər iki istiqamətə özühərəkət edir. |
1 |
Lokomotiv vasitəsi ilə dartılır, mühərriki yoxdur, özühərəkət etmir.
|
|
2 |
Qatara əlavə sərnişin vaqonunun qoşulması və ya mövcud vaqonların qatardan ayrılması texniki baxımdan mümkündür, eləcə də əlavə 2 qatar qoşmaqla qatarı bir kabinədən idarə etmək olur, o cümlədən manevr üçün lokomotiv tələb olunmur. |
2 |
Bu sərnişin vaqonu həm lokomotivə, həm də digər sərnişin vaqonuna qoşula bilir. |
|
3 |
İkimərtəbəlidir |
3 |
Birmərtəbəlidir |
|
4 |
Qatarın: uzunluğu – 102000 mm eni – 3400 mm hündürlüyü – 5224mm |
4 |
Vaqonun: uzunluğu – 25500 мм, eni – 3104 мм, hündürlüyü – 1040 мм -1080 мм |
|
5 |
Qatarda sərnişinlər üçün 396 oturacaq var, onlardan 84-ü biznes-klasdır. Qatarın ümumi sərnişin tutumu 919 nəfərdir. |
5 |
Vaqonda sərnişinlər üçün yerlərin sayı 40-54 ədəd təşkil edir. |
|
6 |
Qatar yüksək sürətlə hərəkətin, döngələrdə maneverlərin onun salonunda hiss olunmamasını təmin edən pnevmatik asqı sisteminə malikdir. |
6 |
Belə bir sistemə malik deyil |
|
7 |
Bayırdakı səsin qatarın salonuna keçməsinin qarşısını alan izolə edilmiş xüsusi səsburaxmayan materiallarla təchiz edilib. |
7 |
Belə bir təchizata malik deyil |
|
|
Qatarın tərkibində vaqondan vaqona keçid sahəsi səs buraxmayan materialla germetik izolə edilmişdir. |
|
Belə bir imkan yoxdur. |
|
8 |
Qatarda quraşdırılmış klima kontrola malik müasir havalandırma sistemi qatarın salonunda havanın temperaturunun (istiliyin və soyuğun) avtomatik tənzimlənməsini dəqiqliklə təmin edir. |
8 |
Belə bir sistemə malik deyil |
|
10 |
Qatarda əlilliyi olan sərnişinlər üçün xüsusi oturacaqlar ayrılmış, əlil arabalarının qatarlara daxil olması üçün xüsusi qurğular quraşdırılmışdır. |
10 |
Yalnız məhdud sayda vaqonlarda şərait mövcuddur. |
|
12 |
Qatarda vaqonların gövdəsi zərbə anında enerji verilişini dayandıran aliminium profillərdən hazırlanmışdır. |
|
Belə bir imkan yoxdur. Vaqonun gövdəsi qara metaldan hazırlanmışdır. |
Belarus Respublikasından özünün istehsal etdiyi ənənəvi sərnişin vaqonları ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin aldığı “Stadler Rail Group” şirkətinin elektrik qatarları arasındakı fərqin əyani görünməsi üçün müvafiq şəkillər əlavə olunur.
“Stadler Rail Group” şirkətinin elektrik qatarı:


Belarus Respublikasının özünün istehsal etdiyi ənənəvi sərnişin vaqonlarının şəkilləri:




Telegram kanalımız