Depay “Atletico Madrid”ə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Depay “Atletico Madrid”ə keçdi

İdman

19 Yanvar 2023 14:35 742


İspaniyanın “Atletico Madrid” klubu transferləri davam etdirir.

Yenisabah.az xəbər verir ki, paytaxt təmsilçisi “Barcelona” klubunun hollandiyalı hücumçusu Memfis Depayı heyətinə qatıb.

Bu haqda məşhur insayder Fabritsio Romano məlumat yayıb. Toyuqlu pizza

““Atletiko Madrid” Memfis Depayla 2025-ci ilə qədər müqavilə imzalayacaq və qarşı tərəfə 4 milyon avro ödəyəcək”.

Xatırladaq ki, ilk rəsmi karyerasına Hollandiyanın “PSV Eindhoven” komandasında start verən M. Depay analoji olaraq “Manchester United” və “Olympique Lyonnais” klublarında da top qovub. 2021-ci ildə “Barsa”nın heyətinə qoşulan Depay 56 matçda 17 qol vurmağa müvəffəq olub. Lakin son dövrlər hollandiyalının katalonların heyətində yüksək performans göstərə bilməməsi onun komandadan ayrılacağı söz-söhbətlərini doğurmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!