Deputat: “Ağstafanın bir sıra kəndlərində qaz yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

Deputat: “Ağstafanın bir sıra kəndlərində qaz yoxdur”

Sosial

14 Mart 2025 13:03 206


Ağstafada qazlaşdırma səviyyəsi ümumilikdə yüksək olsa da, rayonun Poylu, Göyçəli, Aşağı Kəsəmən, Qıraq Kəsəmən, Xətai, Zəlimxan və Köçəsgər kimi kənd və qəsəbələrində - yeni yaşayış massivlərində qaz yoxdur.

Yenisabah.az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında - hökumətin ötənilki fəaliyyəti ilə bağlı hesabatın təqdimatında bildirib.

Bundan başqa, deputat deyib ki, Qıraq Kəsəmən kənd sakinləri öz vəsaitləri hesabına tarixi abidə kimi təsdiqlənmiş İsrafil ağanın evinin bərpası üzrə müraciət edib: "Bu məsələnin həllinə kömək edilməsini xahiş edirəm" Toyuqlu pizza

"Ağstafa-Qazax regionunda iqtisadi fəal insanların məşğulluğu aqrar sahədən, bu sahənin inkişafı isə suvarmadan asılıdır. Suvarma sistemlərinin təkmilləşdirilməsi isə investisiya tələb edir. Bu məsələdə də baş nazirdən göstəriş verilməsini xahiş edirəm", - deyə A.Əmiraslanov əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!