Deputat geri çəkildi, qızı eyni dairədən namizəd oldu - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Deputat geri çəkildi, qızı eyni dairədən namizəd oldu - FOTO

Siyasət

17 İyul 2024 17:46 989


Azərbaycanda bu il sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Artıq seçkidə iştirak edən şəxslər hansı dairələrdən namizədliyini irəli sürəcəklərini elan edirlər.

Yenisabah.az xəbər verir ki, Lent.az-a açıqlama verən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı səhhəti ilə bağlı bu il parlament seçkilərində iştirak etməyəcəyini bildirib:

"Bu il iştirak etməyəcəm. Səhhətimdə bəzi problemlər var. Ona görə namizəd olmamağı qərara aldım". pizza sifarişi

Partiya sədri qızı Günay Ağamalının namizədliyi ilə bağlı xəbərlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, qızı 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub:

"Bu il qızım seçkilərdə iştirak edəcək. Artıq namizədliyi təsdiq olunub. Qızım Günay Ağamalı 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub". 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!