Deputat yeni cərimə təklif edir - Ətin satışına qadağalar

saytların hazırlanması

Evə çatdırılma

Deputat yeni cərimə təklif edir - Ətin satışına qadağalar

Sosial

14 Mart 2025 13:15 215


Körpə danaların kütləvi kəsimi ətin qiymətinin artmasına səbəb olur.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bunu parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O bildirib ki, son illər iri və xırda buynuzlu mal-qaranın sayı azalsa da, heyvandarlıq məhsullarının istehsalı artıb: “Dövlət mal-qaranın sayının artırılmasında deyil, ətlik və südlük heyvanlarının yetişdirilməsində maraqlıdır. Bu, düzgün seçimdir. Ancaq 7-8 kq-lıq quzuların, körpə danaların kütləvi kəsimi və bazara çıxarılması heyvandarlığın inkişafına maneədir və bazarda ətin qiymətinin artmasına səbəbdir. Pepperoni pizza

Orta kəsim çəkisinin 2 kq az olması illik qoyun əti istehsalında 8 min ton itki deməkdir. Kəsim çəkisi normadan nəinki 2, hətta 9-10 kq azdır. Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı.

Son illərdə mənşəyi bilinməyən ətin satışa çıxarılması zəhərlənmələrə, müəyyən xəstəliklərə səbəb olur. Ətin satışına qadağalar olmadığı üçün işbazlar bundan sui-istifadə edirlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    NECƏ OLURKİ KƏND TƏSƏRRÜFATI BİLİYİ OLMAYAN BİRİ AQRAR MƏSƏLƏDƏN DANIŞIR?
    1 year ago