Deputatdan SƏRT REAKSİYA: “Nə edək, Şahruddini GÜLLƏLƏYƏK?!”

saytların hazırlanması

Evə çatdırılma

Deputatdan SƏRT REAKSİYA: “Nə edək, Şahruddini GÜLLƏLƏYƏK?!”

İdman

24 Avqust 2022 12:22 2112


Dünən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Qarabağ” (Azərbaycan) “Viktoriya” (Çexiya) komandasına 2-1 hesabı ilə uduzaraq Çempionlar Liqasından kənarlaşıb. “Qarabağ” artıq Avropa Liqasının qrup mərhələsində mübarizəsini davam etdirəcək.

Məğlubiyyətdən sonra sosial şəbəkələrdə sərt etiraz dalğası yaranıb. Hədəf isə “köhlən atlar”ın qapısına vurulan ilk qol epizodunda çıxışda səhvə yol verən Şahruddin Məhəmmədəliyevdir. Təhqirlər, tənqidlər havada uçuşur, Şahruddinin komandadan kənarlaşması üçün petisiya yaradanlar belə var. 

Məsələ ilə bağlı "Qarabağ" klubunun sabiq prezidenti, millət vəkili Aqil Abbasla həmsöhbət olduq. pizza hut

Yenisabah.az xəbər verir ki, millət vəkili  News24.az    -a açıqlamasında bildirib ki, Şahruddin Məhəmmədəliyevi sərt tənqid edənlər “Qarabağ”ı sevməyən adamlardır: “Qarabağ möhtəşəm bir oyun sərgilədi, axıra qədər döyüşdü. Lakin bu, futboldur, hər şey ola bilər. 2014-cü il futbol üzrə Dünya Çempionatının yarımfinal matçında Braziliya öz meydanında Almaniyaya 1:7 hesabı ilə məğlub olmuşdu. Tək Şahruddin yox, hər kəs səhv edə bilər. Fərq ondadır ki, bizim səhvlərimizi öz yaxınlarımız, futbolçuların səhvlərini isə hər kəs görür. Şahruddinin linçlənməsinin qəti əleyhinəyəm. Qurban Qurbanov da futbolçusunu mətbuat konfransında çox gözəl müdafiə etdi. 

1994-cü ilin Dünya Çempionatında 35-ci dəqiqədə Andres Eskobarın öz qapısına vurduğu qol bir neçə gün sonra onun azarkeşlər tərəfindən güllələnib, öldürülməsi ilə nəticələnmişdi. Biz bəyəm Kolumbiyayıq, Şahruddini güllələməliyik?! Uşaq yıxıla-yıxıla böyüyür. Futbolçu da səhv edə-edə inkişaf edir. Şahruddin gözəl qapıçıdır. Dünən Kadi da zəif oynadı, indi onu da linçləməliyik? Oyun alınmadı, məsələ budur”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!