Deputatlığa namizəd Günay Ağamalı Mübariz İbrahimovun atası ilə görüşdü -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Deputatlığa namizəd Günay Ağamalı Mübariz İbrahimovun atası ilə görüşdü - VİDEO

Siyasət

13 Avqust 2024 14:01 794


Ana Vətən Partiyasından 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Günay Ağamalı 12 avqust 2024-cü ildə Biləsuvar rayonunun Əliabad kəndində Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovla görüşüb.

Yenisabah.az xəbər verir ki, Biləsuvarda baş tutan görüş səmimi şəraitdə keçib.

Səmimi keçən görüşdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid  Mübariz İbrahimovun qısa və şərəfli ömür yolundan, qəhrəmanlıqlarından danışılıb. Dördpendirli pizza

Günay Ağamalı əfsanəvi qəhrəman Mübariz İbrahimovun atası ilə görüşün onda böyük qürur və fəxarət hissi yaşatdığnı söyləyib. O, atdığı hər addımda böyüklərdən xeyir-dua aldığını və bu məqamın onun üçün çox önəmli olduğunu xüsusilə qeyd edib.

G.Ağamalı dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açdı, hər bir azərbaycanlının bu dəstəkdə həmrəy olmasının vacibliyini önə çəkib. O, 22 yaşında şəhadətə ucalan Mübariz ibrahimovun şücaətindən danışdaraq, canı-qanı, ruhu ilə Vətəninə, xalqına bağlı olan əfsanəvi qəhrəmanın qısa ancaq şərəfli ömür yaşadığını söylədi. Qeyd etdi ki, Mübariz qorxmazlığı, igidliyi ilə Azərbaycanın qəhrəmanlıq səlnaməsini yazdı. Onun qısa ömür yolu gənc nəsil üçün örnəkdir.

“Siz Vətənə Mübariz İbrahimov kimi qəhrəman oğul verməklə milyonlarla övlad qazanmış oldunuz. Biz hər zaman sizin yanınızdayıq”,- deyə G.Ağamalı bildirib.

Ağakərim İbrahimov hər zaman Salyan əhalisindən böyük diqqət və qayğı gördüyünü, onların xalqına, Vətəninə çox bağlı olduğunu qeyd edib.

A.İbrahimov Günay Ağamalıya dövlətinə, xalqına fəaliyyətində, Milli Məclisə seçkilərdə uğurlar arzuladı, ona öz xeyir-duasını verdi, Milli Qəhrəmanın əziz xatirəsinə həsr olunan Müşfiq Malik Muğanlının “Mübarizdən Sonra” kitabını hədiyyə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!