Günay Ağamalı Şorsulu kəndində seçicilərlə görüşdü -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Günay Ağamalı Şorsulu kəndində seçicilərlə görüşdü - VİDEO

Siyasət

13 Avqust 2024 15:54 990


Ana Vətən Partiyasından 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Günay Ağamalı 12 avqust 2024-cü ildə Salyan rayon Şorsulu kəndində seçicilərlə görüşüb.

Yenisabah.az xəbər verir örüşdə Əməkdar müəllim Fərqanə Cəbrayılova deputatlığa namizəd Günay Ağamalının tərçümeyi-halı barədə ətraflı məlumat verib.

Günay Ağamalı ona göstərilən etimada görə seçicilərinə təşəkkürünü bildirdi, seçki platforması, onun əsas istiqamətləri barədə danışıb. Sezar pizza

“Çalışacağam ki, sizin səsiniz olum, sizin sözünüz olum, sizin hüquqlarınızın müdafiəçisi olum. Siz bunu mənim fəaliyyətimdə, gördüyüm işlərdə görəcəksiniz” deyən Günay Ağamalı deputat seçiləcəyi təqdirdə onların problemlərinin səlahiyyəti çərçivəsində həll olunması istiqamətində səylə çalışacağını vurğulayıb. G.Ağamalı ona etimad göstərən seçicilərə təşəkkürünü bildirib.

Seçicilər Balaş Əhmədov, Şahin Yunusov, Alimə Babayeva, Nizami Hümbətov, Elmira Abiyeva və digər çıxış edənlər problem və qayğılarından danışıblar. Kənd sakinləri sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə namizəd Günay Ağamalını dəstəkləyəcəklərini bildirərək ona uğurlar arzulayıblar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!