Dərbənd və Maqas şəhərlərinin nümayəndə heyətləri Bakıda

saytların hazırlanması

Evə çatdırılma

Dərbənd və Maqas şəhərlərinin nümayəndə heyətləri Bakıda

Sosial

18 Mart 2019 17:55 836


Novuz bayramı şənliklərində iştirak etmək üçün Rusiya Federasıyasının “Dərbənd şəhəri” şəhər dairəsinin başçısı Hizri Abakarovun rəhbərliyi ilə Dərbənd şəhəri və Maqas şəhərinin meri Beslan Tceçoyevin başçılığı ilə Maqas şəhərlərinin nümayəndə heyətləri Bakıya gəliblər.

"Yeni Sabah" xəbər verir ki, Bakıya gəlişlərinin ilk günündə qonaqlar İçərişəhərdə olub, qədim şəhərin tarixi abidələri, Şirvanşahlar Saray Kompleksi və Qız qalası ilə tanış olub, Heydər Məscidini ziyarət ediblər.

Nümayəndə heyətləri Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Daha sonra qonaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.  Dominos pizza

Sonra Bakı Şəhər İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla nümayəndə heyətlərinin görüşü keçirilib. Görüşdə qonaqları salamlayan Eldar Əzizov ölkələrimiz arasında çox qədim dostluq və qonşuluq münasibətlərinin olduğunu deyib: “Bu gün Azərbaycan ilə Dağıstan və İquşetiya arasındakı münasibətlər bir çox sahələrdə inkişaf edir. Qarşılıqlı səfərlər əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açır. Yüksək səviyyəli siyasi münasibətlər iqtisadi əlaqələrə də öz təsirini göstərməkdədir”.

Hizri Abakarov deyib ki, ölkəsində Azərbaycan ilə münasibətlərə xüsusi önəm verilir. Maqas şəhərinin meri Beslan Tceçoyev Bakıda göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək bu səfərin Bakı və Maqas şəhərləri arasında əlaqələrin möhkəmlənməsində xüsüsi rol oynayacağını qeyd edib.

Səfər çərçivəsində Dərbənd və Maqas şəhərləri nümayəndə heyətləri Bakıda təşkil edilən Novruz şənliklərində iştirak edəcək, eyni zamanda qonaqlar Heydər Əliyev Mərkəzi və Azərbaycan Xalça Muzeyi ilə tanış olacaq, Dənizkənarı Milli Bulvarı gəzəcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!