Dəri xərçəngindən əziyyət çəkənlər üçün yeni terapiya üsulu

saytların hazırlanması

Evə çatdırılma

Dəri xərçəngindən əziyyət çəkənlər üçün yeni terapiya üsulu

Sağlamlıq

19 Fevral 2024 12:45 4555


ABŞ-də dəri xərçəngi ilə bağlı daha əvvəl atılmayan mühüm bir addım atılıb.

Yenisabah.az xəbər verir ki, kliniki araşdırmaya görə, “TİL” üsulu ilə müalicə imkanları tükənmiş xərçəng xəstələrində uğurlu nəticələr göstərib. Sözügedən müalicəni alan xəstələrin demək olar ki, üçdə birində xərçəng şişləri kiçilib.  

“İovance Biotherapeutics” şirkətinin “Amtagvi” adlı müalicə idarəsi yeni üsulla digər dərmanları sınamış və uğursuz olan dəri xərçəngi xəstələrinə ümid verib. Toyuqlu pizza

Bu üsul həm də “TİL” terapiyası kimi tanınır və şişlər içərisində immun hüceyrələrinin sayını artıraraq onların xərçənglə mübarizə gücündən faydalanmağı hədəfləyir.

Şirkət müalicənin faydalarını təsdiqləmək üçün daha böyük mərhələyə -  3-cü sınağı keçirməyə başlayıb. Terapiyanın qiyməti isə  (sığorta və digər mümkün endirimlərdən əvvəl) hər xəstə üçün 515.000 dollardır.

“TİL” terapiyası  birdəfəlik müalicədir, lakin bütün proses səkkiz həftəyə qədər çəkə bilər. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!