Qışın əlverişsiz hava şəraiti, yanlış vərdişlər və stress səbəbi ilə dərimiz ciddi şəkildə zədələnə bilər. Ancaq yaz-yay aylarında bu prosesi tərsinə çevirmək və dərimizə parlaq görünüş vermək mümkündür.
Yenisabah.az xəbər verir ki, Acıbadem Ataşehir Tibb Mərkəzi Dermatologiya mütəxəssisi Dilarə Tüysüz yaz aylarına qədəm qoyduğumuzda gündəlik vərdişlərimizdə bəzi qaydalara diqqət yetirməklə həm ümumi sağlamlığımız, həm də dəri sağlamlığımız üçün çox əhəmiyyətli qazanclar əldə edə biləcəyimizi açıqlayıb.
YAZDA SAĞLAM VƏ PARLAQ DƏRİ ÜÇÜN 6 QIZIL TƏKLİF pizza
Müntəzəm olaraq məşq edin:
Hərəkətsizlik dəri sağlamlığının ən böyük düşmənlərindən biridir. Sağlam və parlaq bir dəri üçün zəruri olanlardan biri məhz idmandır. Həftədə ən az 3-4 gün nizamlı və sürətli gəzintilər və ya idman məşqçilərinin nəzarəti altında idmanla məşğul olmaq dərimizdə qısa zamanda nəzərəçarpacaq fərq yaradacaq.
Bol su için:
Su içmək dəri sağlamlığımız üçün vacibdir. Xüsusilə, soyuq qış günlərində suya ehtiyac azaldığından, kifayət qədər su içmədən günü başa vura bilərik. Ancaq dəri sağlamlığı üçün hər gün iki litr su içməyə diqqət etmək lazımdır. Heç bir içki suyu əvəz edə bilməz. Çay və qəhvə qəbul etmək heç bir şəkildə suyu əvəz etmir, əksinə, suyun bədəndən çıxarılmasına səbəb olur. Odur ki, qəhvə içdikdən sonra mütləq bir stəkan su için.
Sağlam qidalanın:
Dəri sağlamlığının ən mühüm təyinedicilərindən biri sağlam qidalanmadır. "Fast-food", qazlı içkilər və şirniyyatlar dərinin sağlamlığına son dərəcə zərərlidir və dərinin qurumasına, ləkələnməsinə və solğun olmasına səbəb olduğundan onlardan uzaq durmaq lazımdır. Lazım gələrsə, dietoloqun müşayiəti ilə pəhrizimizə gətirəcəyimiz yeniliklərlə dəri sağlamlığımız sürətlə yaxşılaşacaq və yaz aylarında həm fit, həm də parlaq dəri əldə etməyimizə kömək edəcək.
Dərinizi hər gün müntəzəm olaraq təmizləyin:
Dermatologiya Mütəxəssisi Dilarə Tüysüz xüsusilə qış aylarında bir çox insanın günün yorğunluğundan dərisini təmizləmədən yatdığını deyib. Onun sözlərinə görə, dərimizi hər gün təmizləyib nəmləndirmək və hər gün müntəzəm olaraq günəşdən qoruyucu krem çəkmək böyük fərq yaradacaq. Bundan əlavə, həkiminizin tövsiyəsi ilə dərinin ehtiyaclarına uyğun olaraq nəmləndiricinin altına çəkiləcək yüngül zərdablar da parlaq bir dəri görünüşü əldə etmək üçün gündəlik rejimə əlavə oluna bilər.
Kifayət qədər və keyfiyyətli yatın, yuxunuzu alın:
Aparılan elmi araşdırmalar keyfiyyətli yuxunun dəri sağlamlığı üçün son dərəcə vacib olduğunu göstərir. Bu səbəblə, hər gün müntəzəm olaraq yeddi-səkkiz saat keyfiyyətli yuxu almaq üçün diqqətli olmaq lazımdır. Yuxu azlığı dərinin vaxtından əvvəl aşınmasına və qocalmasına səbəb olur. Bu zaman ifraz olunan melatonin hormonu yaşlanma əleyhinə təsirə malikdir və dərinin qorunmasında böyük əhəmiyyət kəsb edir.
Stressi idarə etməyi öyrənin:
Dilarə Tüysüz gündəlik həyatın təlaşında stressdən qaçmağın mümkün olmadığını, lakin həddindən artıq stressin dəridə qırışlara və vaxtından əvvəl qocalmağa səbəb olan amillərdən biri olduğunu bildirir. Stresslə bədənimizdə səviyyəsi artan kortizol adlı hormon dəridəki damarların büzülməsinə səbəb olur. Bundan əlavə, qanda şəkərin səviyyəsinin yüksəlməsi kortizol hormonunun artması ilə birlikdə dəri hüceyrələrində də erkən yaşlanmaya səbəb olur.
Əsmətxanım
Telegram kanalımız