İyirmi min dərmanı kartofun içində gizlətdilər,   amma gömrükdə ilişdilər

saytların hazırlanması

Evə çatdırılma

İyirmi min dərmanı kartofun içində gizlətdilər, amma gömrükdə ilişdilər

Hadisə

06 Dekabr 2025 10:59 513


Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Hədəf Mərkəzi tərəfindən tətbiq olunan müasir risk analizləri, rəqəmsal hədəfləmə alqoritmləri və real-vaxt nəzarət sistemləri hesabına xüsusilə külli miqdarda dərman vasitələrinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə “Yeni Sabah”a qurumdan məlumat verilib. 

Hədəf Mərkəzinin analitik platforması tərəfindən Türkiyə Respublikasından Azərbaycana “kartof” yükü gətirən nəqliyyat vasitəsinin marşrutdan kənarlaşması, yük məlumatlarında uyğunsuzluqlar aşkar olunub və Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postu üzrə nəzarətə götürülüb. Toyuqlu pizza

Aparılan koordinasiyalı tədbirlər nəticəsində nəqliyyat vasitəsinin yeri müəyyənləşdirilib və ilkin baxış zamanı yük yerinə qanunsuz müdaxilə faktı aşkarlanıb.

Mobil qrup tərəfindən həyata keçirilən gömrük nəzarəti tədbirləri zamanı “kartof” yükünün içərisində gizlədilən və qaçaqmalçılar tərəfindən nəqliyyat vasitəsindən boşaldılmağa cəhd göstərilən karton qutular saxlanılıb.

Karton qutulara keçirilən baxış zamanı, ümumilikdə 90 adda 22 min ədəd dərman preparatı aşkar edilib.  

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!