Dərs ili sentyabrda başlamayacaq? – Nazirlikdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Dərs ili sentyabrda başlamayacaq? – Nazirlikdən açıqlama

Sosial

04 İyun 2020 11:29 3012


Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze bir neçə gün əvvəl bildirib ki, epidemioloji vəziyyətə görə ölkədə yeni tədris ilinin başlanılması təxirə salına bilər: “Sentyabrda Gürcüstan kimi digər ölkələr də COVID-19-la birgə yaşamalı olacaq. Biz uşaqları bu proseslərə hazırlamalıyıq ki, onlar təhsili fasiləsiz davam etdirə bilsinlər”.

Bəs Azərbaycanda da yeni tədris ili təxirə salına bilərmi?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov qeyd edib ki, Azərbaycanda tədrisin təxirə salınması gözlənilmir: “Söhbət qərardan getmir, bunu indidən necə proqnozlaşdıra bilərik ki? Sadəcə bizdə nəzərdə tutulub ki, bu ilin sentyabr ayında dərslər başlasın”. Toyuqlu pizza

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!