“Hər bir insanın kasıb olduğu, aclıq çəkdiyi bir dönəm olur, amma inanın ki, onun qarşılığında o qədər gözəl günlər olur ki... O çətinliyi mən də keçmişəm”.
Bu sözləri Yenisabah.az-a müğənni Xuraman Şuşalı deyib.
Maddi problemlərdən, insanların çətinliyindən danışan sənətçi qeyd edib ki, bizlər bu dünyada yaşayırıq və həyatımızda müxtəlif problemlər, müşküllər, çətinliklərlə üzləşirik. Əsas olan bu problemlər zamanı ümidsizliyə qapılmamaqdır: pizza sifarişi
“Allah heç bir bəndəsini ac qoymur. Keçən dəfə həyat yoldaşım rayondan gələndə bir hadisə yaşanıb. İşçi heyyətlə Cəbrayıla çəkilişə gediblər. Çəkiliş alınmayıb, geri qayıdırlarmış. Özləri ilə yolda yeməyə kolbasa, çörək götürüblərmiş. Qayıdanda çəkiliş qrupunda olanlardan biri yolda düzəngahlıq bir yerdə deyib ki, “Burada saxlayın siqaret çəkək”. Digərləri etiraz edib ki, sürücünü bu düzəngahlıqda saxlatmayaq, gedək kafelər olan bir yerdə saxlayarıq, hamımız düşərik, amma o razı olmayıb. Maşını saxlayıblar, hamısı birlikdə siqaret çəkməyə düşüblər. Həmin anda onlara tərəf gələn iki balaca küçük görüblər. Baxıblar ki, küçüklər təkdir, anaları yoxdur. Ola bilər ki, yolda maşın vurub, yaxud başına nə isə gəlib ölüb, küçüklər tək qalıb. Heyvanlar çox ac imişlər. Yoldaşımgil maşında qalan bütün ərzaqları onlara veriblər. Görün, Allah həmin anda onları o düzəngahlığa yetirib, həmin itlərin qarnını doyurub. Birinci dedim ki, gərək özünüzlə götürüb gətirərdiniz. Sonra düşündüm ki, sizi orada saxlatdıran Allah, başqa birini də orada saxlatdıracaq, onlar ya itləri özləri ilə götürəcək, ya da yenə yemək yetirəcək. Allah böyükdür, yaratdığı heç bir canlını ac saxlamır. Bu gün hər hansı problem yaşayanda gərək bunu fikirləşək. Heç nədən bədgüman, ümidsiz olmayaq. Hər maddi problemdə bunu yada salaq. Hər bir insanın kasıb olduğu, aclıq çəkdiyi bir dönəm olur, amma inanın ki, onun qarşılığında o qədər gözəl günlər olur ki... O çətinliyi mən də keçmişəm deyə bilirəm. Bəlkə də bunu oxuyan şəxslər deyəcək ki, “Əşşi, Xuramanın ağzı isti yerdədir, belə danışır”. Amma xeyr! Mənim də ac olan günüm olub. Hazırda o vəziyyətdə olanlara ümid vermək istəyirəm, bilsinlər ki, Allah böyükdür və qarşıda gözəl günlər var. Çalışaq ki, bacardığımız qədər bölüşək, yardımlaşaq”.
ƏSMƏTXANIM
Telegram kanalımız