“DİFAİ“: Quba və Qax komandaları “Ulu Öndər“ Kubokunun Xaçmaz finalında

saytların hazırlanması

Evə çatdırılma

“DİFAİ“: Quba və Qax komandaları “Ulu Öndər“ Kubokunun Xaçmaz finalında

İdman

10 May 2023 15:05 913


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, "Mədinə" Humanitar Yardım Təşkilatı İctimai Birliyi, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası, "Fencing" İdman Klubu və "Difai" Futbol Klubunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Ulu Öndər" Kuboku nun yarımfinal oyunları keçirilib.

"Difai" (Tovuz) və "Difai" (İsmayıllı) bürünc medallarla kifayətlənərkən, onları final yolundan kənarlaşdıran "Difai" (Quba) və "Difai" (Qax) adlarını həlledici görüşə yazdırmağı bacarıb.

Qax və İsmayıllı komandaları arasında keçirilən oyun böyük marağa səbəb olmaqla yanaşı, həm də çox həyəcanlı mübarizə şəraitində keçib. Dominos pizza

Qarşılaşma nominal ev sahiblərinin 4:3 hesabı qələbəsi ilə yekunlaşıb.

Təşkilatçılar 10 May tarixində keçiriləcək silsilə tədbirlərin çoxluğunu nəzərə alaraq, final oyununu ayın 9-da düzənləməyi qərara alıb.

"Difai" (Quba) və "Difai" (Qax) həmin gün Xaçmazda üz-üzə gələcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!