Digər dövlətlərin bayraqlarına zərər vuranlar cəzalandırılacaq - Gürcüstanda

saytların hazırlanması

Evə çatdırılma

Digər dövlətlərin bayraqlarına zərər vuranlar cəzalandırılacaq - Gürcüstanda

Dünya

21 İyul 2021 14:07 653


Gürcüstanda hökumət binalarının yaxınlığında Avropa İttifaqının (Aİ), Avropa ölkələrinin, beynəlxalq təşkilatların və Gürcüstanın diplomatik əlaqələrinin olduğu ölkələrin bayrağının yandırılmasına görə maliyyə sanksiyası tətbiq ediləcək.

Yenisabah.az xəbər verir ki, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər hazırlanıb.

Müvafiq dəyişikliklərə əsasən bayrağın zədələnməsi halına ilk dəfə yol verdikdə 1000 lari (552 manat) məbləğində cərimə tətbiq ediləcək. pizza sifarişi

Eyni hal təkrarlandığı təqdirdə şəxs inzibati qaydada həbs ediləcək.

Bu gün Gürcüstan parlamentinin spikeri Kaxa Kuçava tərəfindən müxalif fraksiyaların liderlərinə təqdim edilən qanun layihəsinin parlamentin növbədənkənar iclasında səsə qoyulacağı bildirilib.

Qeyd edək ki, iyulun əvvəlində LGBT əleyhdarlarının Tbilisidə törətdikləri iğtişaşlar zamanı Gürcüstan parlamentinin binası önündə dalğalanan Aİ bayrağı iki dəfə təhqir olunub. Bu fakt Aİ-nin Gürcüstandakı nümayəndəliyi və İttifaqa üzv 24 ölkənin səfirliklərinin birgə bəyanatında təəssüflə və xüsusi narahatlıqla vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!