Digər xəstəliklərdən vəfat halları koronavirus kimi qeydiyyata alınır? 

saytların hazırlanması

Evə çatdırılma

Digər xəstəliklərdən vəfat halları koronavirus kimi qeydiyyata alınır? 

Sosial

17 Aprel 2020 10:26 1255


Azərbaycanda bəzi bölgələrdə digər xəstəliklərdən vəfat hallarının koronavirus ölümü kimi qeydiyyata alınması ilə bağlı iddialar səsləndirilir. 

“Yeni Sabah” xəbər verir ki, məsələ barədə Oxu.Az-ın sualını Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev cavablandırıb.

Onun sözlərinə görə, Azərbaycanda başqa xəstəliklərdən vəfat hallarının koronavirus ölümü kimi qeydiyyata alınması ilə bağlı səsləndirilən fikirlər tamamilə yanlışdır: Sezar pizza

“Koronavirus infeksiyasına yoluxma testlər vasitəsilə müəyyən edilir. Test arealımız da böyüyüb. Bu gün Azərbaycanda 70 mindən çox test aparılıb. Bunun nəticəsində də xəstəlik müəyyən olunur və ictimaiyyətə məlumat verilir.

Tövsiyə edərdim ki, insanlara Nazirlər Kabineti yanında operativ qərargahın media vasitəsilə qurulmuş şəffaf münasibəti əsasında xəbərlər verilsin.

Gündəlik ölkəmizdə koronavirusa yoluxma halları, sağalma, karantində olan və yaxud müalicə olunan şəxslər barədə operativ məlumatlar verilir”, - deyə H.Hacıyev qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!