Aprelin 20-də Bakı şəhəri və bir sıra rayonda yerləşən ümumtəhsil müəssisələrinin məzunları üçün 2024/2025-ci tədris ili üçün ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Buraxılış imtahanında iştirak edəcək şagirdlər bu linkdən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Dominos pizza
Şagirdlər iş nömrəsini bu linkdən öyrənə bilərlər.
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
Telegram kanalımız