DYP bu ərazilərə gedənlərə xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

DYP bu ərazilərə gedənlərə xəbərdarlıq etdi

Hadisə

16 Dekabr 2025 09:26 345


Dağlıq relyefə malik ərazilərdə qeydə alınan yol qəzalarının əksəriyyəti – sürət həddinin yol və hava şəraitinə uyğun seçilməməsi, nəqliyyat vasitəsinin nasazlığı, yaxud dağlıq ərazidə hərəkətə uyğunsuzluğu və ya təchizatındakı çatışmazlıqlar kimi oxşar səbəblərlə bağlıdır. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. 

Qeyd olunub ki, dağlıq turizm və ya rekreasiya zonalarına üz tutan sürücülərin isə bəzən təcrübəsiz, yaxud yola nabələd olmaları, relyefi düzgün qiymətləndirə bilməmələri, yola hazırlıqsız çıxmaları kimi amillər də, bir sıra hallarda səfərlərin xoşagəlməz sonluqla bitməsi ilə nəticələnir. pizza sifarişi

Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar dağlıq zonalarda analoji hadisələrə tez-tez rast gəlindiyini təəssüflə qeyd edir, bununla yanaşı sərt döngəli, enişli-yoxuşlu yollarda idarəetmə təcrübəsinin mühüm əhəmiyyət daşıdığını bir daha sürücülərin diqqətinə çatdırır, onları dağlıq ərazilərə səfərlər zamanı daha diqqətli olmağa, nəqliyyat vasitələrinin sazlığını, xüsusilə mövsümə uyğun şinlərlə təchizatını, meteoroloji şəraiti, avtomobillərinin texniki xarakteristikasının keçəcəyi ərazinin relyefinə uyğun olub-olmamasını nəzərə almağa çağırır!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!