DİN işğaldan azad olunan bölgələrdə çalışanlara müraciət edib

saytların hazırlanması

Evə çatdırılma

DİN işğaldan azad olunan bölgələrdə çalışanlara müraciət edib

Rəsmi

22 May 2024 13:50 1764


Böyük Qayıdış proqramının sürətlə reallaşması və işğaldan azad olunan bölgələrin təhlükəsiz vəziyyətə gətirilməsi üçün daxili işlər orqanlarının əməkdaşları fasiləsiz olaraq əzmlə çalışırlar.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, bölgədə abadlıq, tikinti, quruculuq işlərinə cəlb edilən şəxslərdən xahiş edirik ki, silah-sursat, partlayıcı maddələrə, şübhəli əşyalara rast gəldikdə, aşkarladıqda DİN-in 102 Zəng Mərkəzinə, yaxud ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat versinlər. Hərbi təyinatlı əşyalara mülki şəxslərin toxunması həyat və sağlamlığa təhlükə yaratmaqla yanaşı, həmin əşyaları götürmək, daşımaq, saxlamaq, başqasına vermək cinayət məsuliyyətinə səbəb olur.

Qeyd olunanları nəzərə alaraq, bir daha bölgədə çalışan şəxsləri ictimai təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!