DİN rəsmisindən ÇAĞIRIŞ

saytların hazırlanması

Evə çatdırılma

DİN rəsmisindən ÇAĞIRIŞ

Sosial

18 Fevral 2025 21:45 448


"Hər kəs düşünür ki, faciə yalnız başqalarının başına gələ bilər. Amma sükan arxasında bir saniyəlik düşüncəsizlik, qaydalara məhəl qoymamaq, sürət həddini aşmaq bəzən geridönüşü olmayan nəticələrə səbəb olur".

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev bildirib.

pizza hut

Onun sözlərinı görə, son illər yol qəzalarının böyük əksəriyyəti yüksək sürətlə bağlıdır:

"Sürücülər adrenalin və həyəcanın cazibəsinə qapılaraq, təhlükəni dəyərləndirmədən sürət həddini aşırlar. Amma unutmaq olmaz: yüksək sürət avtomobili deyil, insan həyatını idarə edir! Qəza anında saniyələr içində hər şey dəyişir. Ailə üzvləriniz, dostlarınız, sevdikləriniz sizi gözlədiyi halda, yolun ortasında qalan bir faciəyə çevrilməyin. Sürət həvəsinə yox deyin! Həyatınızı və başqalarının həyatını riskə atmayın!" - deyə R.Tağıyev bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!