Dindarlardan “Harry Potter” qadağası – “Şeytani ruhları çağırır” - Foto

saytların hazırlanması

Evə çatdırılma

Dindarlardan “Harry Potter” qadağası – “Şeytani ruhları çağırır” - Foto

Dünya

03 Sentyabr 2019 10:57 1397


ABŞ-ın Tennessi əyalətindəki katolik məktəbi kitabxanasında “Harry Potter 2” kitab seriyasını qadağan edib. 

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, məktəbin rahibi Den Rehil kitablardakı sehir və ovsunların pis ruhların çağrılmasına səbəb olduğunu və uşaqları qorumaq üçün bu qərarı aldığını açıqlayıb:

“Bu kitablar ovsunu həm yaxşı, həm də pis olaraq yazır, bu doğru deyil. Kitablarda istifadə olunan ovsun və lənətlər şeytani ruhları çağıran həqiqi lənətlərdir”.  pizza sifarişi

Uşaqları cadugərliyə təşviq etdiyi iddia olunan kitabların yazarı C.K.Roulinq məsələ ilə bağlı açıqlama verib:

“Bu iddialara gülürəm. Bu günə qədər minlərlə uşaq tanımışam. Cadugər olmaq istədiyini deyən bir uşaq belə görməmişəm. Bu axmaqlıqdır”. 

Qeyd edək ki, ingilis yazar Roulinqin qələmə aldığı fantastik roman seriyası bu günə qədər ən çox gəlir gətirən seriya olaraq tarixə düşüb. Dünyanın 79 dilinə tərcümə olunan roman 400 milyondan çox satılıb. 

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!