Dini Komitənin yeni sədri haqda maraqlı məlumatlar: Ermənilərlə...

saytların hazırlanması

Evə çatdırılma

Dini Komitənin yeni sədri haqda maraqlı məlumatlar: Ermənilərlə...

Maraqlı

08 Aprel 2024 12:17 10719


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. 

Yenisabah.az Komitə sədrinin dosyesini təqdim edir: 

Ramin Məmmədov 1979-cu ildə Ağdərə şəhərində anadan olub, orta məktəbə isə Şuşa şəhərində gedib - 1985-1992-ci illərdə Şuşa şəhər 2 saylı orta məktəbdə oxuyub, şəhərin işğalından sonra təhsilini Bakıda davam etdirib. Marqarita pizza

O, BDU-nun Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib, 2013-cü ildə Harvard Universiteti Kennedi Dövlət idarəetmə Məktəbinin təşkil etdiyi “İnkişaf edən liderlər” adlı xüsusi proqramın iştirakçısı kimi Harvard Universiteti sertifikatını alıb.

İndiyədək Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ildən etibarən 6-cı çağırış Milli Məclisin deputatıdır. Hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.

Deputat “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub, dövlət qulluğunun baş müşaviridir. 

Ramin Məmmədov 1 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs müəyyən edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ramin Dadashov
    Yeni Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədrini təbrik edirik YASHASIN AZƏRBAYCANİMİZ
    2 years ago
  • Uveys
    en maraqlisi odur ki, Ramin Məmmədlinin vətəndaşlardan birindən onu yüksək vəzifəyə təyin etdirəcəyi vədi ilə 100 min manatat alması barədə qalmaqal olub. bu adam fatihəsini bilir? islahat büdür? ))))) şiroko şaqayemeee
    2 years ago