Diplomatik mənbə: Əsəd Ərdoğana mesaj göndərməyib

saytların hazırlanması

Evə çatdırılma

Diplomatik mənbə: Əsəd Ərdoğana mesaj göndərməyib

Dünya

03 Dekabr 2024 14:29 461


Türkiyə hazırda Suriya hakimiyyəti ilə əlaqə saxlamır və İran və Rusiya tərəfləri Suriya prezidenti Bəşər Əsədin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüş keçirmək istəyi ilə bağlı heç bir mesaj çatdırmayıb.

Yenisabah.az “Hürriyet”ə istinadla xəbər verir ki, bunu türk nəşrinin mənbələri bildirib.

Onların sözlərinə görə, Suriyadakı gərginlik fonunda Suriya kəşfiyyat heyətinin Türkiyəyə gəlməsi ilə bağlı iddialar doğru deyil və hələlik keyfiyyətli təmaslar yoxdur. Dördpendirli pizza

Mənbələr “Türkiyənin guya ABŞ və ya hər hansı başqa ölkə ilə Suriya ilə bağlı razılığa gəldiyi” iddialarını da təkzib edir. Ankara “milli təhlükəsizlik maraqları çərçivəsində hərəkət edir”. Mənbələri qeyd edir ki, “milli kəşfiyyat və onun əməliyyat qrupları “Tell Rifatı terrorçulardan təmizləmək” məsələsi üzərində işləyirlər. Bu məqsədlə kəşfiyyatın suriyalı müxalif silahlı qruplara yardım etdiyi iddia edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!