Diplomatlar Yel çərşənbəsini birgə qeyd etdilər

saytların hazırlanması

Evə çatdırılma

Diplomatlar Yel çərşənbəsini birgə qeyd etdilər

Sosial

13 Mart 2019 15:08 852


Martın 12-də Türkiyənin Bakıdakı səfirliyində Azərbaycanda fəaliyyət göstərən türkdilli ölkələrin və Novruz bayramını qeyd edən dövlətlərin səfirliklərinin birgə təşəbbüsü ilə Yel çərşənbəsi və Novruz adətlərinə həsr olunmuş tədbir keçirilib.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə iştirakçılar əvvəlcə hər bir ölkənin Novruz adətlərini və Novruz mətbəxini əks etdirən sərgi ilə tanış olublar.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edərək tədbirə qatılan bütün qonaqlara təşəkkür edib. Bildirib ki, Tacikistan səfiri tərəfindən irəli sürülən bu təşəbbüs nəticəsində Novruzu bayram edən ölkələrin səfirlikləri bir araya gələrək baharın müjdəsi olan Yel çərşənbəsini birgə qeyd etmək qərar veriblər: “Bu gözəl təşəbbüsə qoşularaq bu gün qardaşlıq və sülh naminə bir arada olmaq nə xoşdur”. Sezar pizza

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev qonaqları Yel çərşənbəsi münasibətilə təbrik edib, bu təşəbbüsə qoşulan hər kəsə və tədbirin ərsəyə gəlməsində əməyi olan nazirliyin əməkdaşlarına təşəkkürünü bildirib.

Əbülfəs Qarayev diqqətə çatdırıb ki, 2009-cu ildə Novruz Azərbaycanın və bu bayramı qeyd edən dövlətlərin birgə təşəbbüsü ilə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə BMT-nin Baş Assambleyası 21 martı Beynəlxalq Novruz Günü elan edib. Beləliklə, Novruz beynəlxalq status qazanaraq dünyaya təqdim olunub.

BMT-nin Azərbaycan üzrə nümayəndəsi Qulam İsaqzai bildirib ki, Novruz bayramı qardaşlıq, ölkələr, xalqlar arasında isti münasibətlər deməkdir. Müasir dövrümüzdə baş verən münaqişələri bəlkə də qədim kökə malik Novruz adətləri ilə əritmək, həll etmək olar. 

Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soli Novruz bayramının ənənələrindən söz açıb, təşəbbüsə dəstək göstərən bütün səfirliklərə təşəkkür edib. 

Tədbir səfirlik nümayəndələrinin Yel çərşənbəsi tonqalı ətrafında rəqsi və incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!