Diplomatların maaşına dair təkliflər hazırlanacaq

saytların hazırlanması

Evə çatdırılma

Diplomatların maaşına dair təkliflər hazırlanacaq

Sosial

05 May 2025 17:08 225


Diplomatik xidmət əməkdaşlarının vəzifə maaşının yeni məbləği ilə əlaqədar təkliflər hazırlanacaq.

Yenisabah.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanında əksini tapıb.

Fərmana əsasən, Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının vəzifə maaşlarının məbləği və diplomatik xidmət stajına, diplomatik rütbəyə, təmsilçiliyə, hakimiyyət səlahiyyətinə görə vəzifə maaşına əlavələr, eləcə də həmin əməkdaşların digər təminatları ilə əlaqədar təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!