DİQQƏT: Azərbaycanda bu ərazilərdə koronavirusa yoluxma riski daha yüksəkdir

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT: Azərbaycanda bu ərazilərdə koronavirusa yoluxma riski daha yüksəkdir

Sosial

08 Aprel 2020 18:45 11835


“Böyük şəhərlərdə və ünsiyyətin sıx olduğu yerlərdə koronavirusa yoluxma riski böyükdür”.

Yenisabah.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Bakı ilə yanaşı Sumqayıt və Gəncə şəhərləri daha riskli ərazilərdir: “Ona görə də böyük şəhərlərdə olan insanın üzərinə daha ciddi məsuliyyət düşür”. pizza hut

TƏBİB sədri vurğulayıb ki, insanlar növbəlilik mədəniyyətini formalaşdırmalıdır.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov əlavə edib ki, elə bir region yoxdur ki, onu xüsusi qeyd edək: “Bakı bir az fərqlidir, çünki paytaxtda yaşayanların sayı çoxluq təşkil edir. Bəzən dezinformasiya yayılır ki, hansısa bölgədə yoluxma sayı çoxdur. Belə informasiyalara inanılmasın. Bu gün ölkədə qırmızı zona elan edilən xüsusi zona yoxdur”. /“Report”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!