DİQQƏT! Cəbhə ilə bağlı bu xəbərləri paylaşmaq olmaz!

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Cəbhə ilə bağlı bu xəbərləri paylaşmaq olmaz!

Sosial

14 İyul 2020 12:47 2834


Ermənistan-Azərbaycan sərhəddində hərbi vəziyyətin kəskinləşməsi ilə əlaqədar Müdafiə Nazirliyi vətəndaşları baş verənlər barədə sosial şəbəkələrdə yazarkən diqqətli olmağa çağırıb. 

Yenisabah.az xəbər verir ki, nazirlik sosial şəbəkələrdə vətəndaşlardan aşağıdakı tövsiyələrə riayət olunmasını xahiş edir:

1. Cəbhə bölgəsinə gətirilən hərbi texnika və silahlı qüvvələr barədə heç bir hərbi informasiya paylaşmayın. Dördpendirli pizza

2. Azərbaycanın hərbi sistemində olan zabitlərin hansı rayona və nə məqsədlə gəlməsini yazmayın.

3. Azərbaycanın hava qüvvələrinin hansı istiqamətdə uçuş aparmalarını yazmayın.

4. Şəhid və yaralılar barədə dəqiq olmayan informasiyanı yaymayın.

5. Döyüşlər zamanı telefon və digər texnikailə çəkdiyiniz videoları sosial şəbəkələrdə paylaşmayın.

6. Sərhəd bölgəsində olan strateji yerlərdə, texnika və yaxud hərbi hissələrin yanında fotolar çəkib paylaşmayın.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!