DİQQƏT! Sabah Bakının bu rayonlarında qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Sosial

03 Mart 2025 18:21 227


Sabah Bakının Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Sabunçu rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin “Sabunçu-əhali” orta təzyiqli qaz kəmərinə qoşulması, Xəzər rayonunun Şüvəlan qəsəbəsi, Mayak bağları ünvanında orta təzyiqli qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə martın 4-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Pepperoni pizza

Təmir-quraşdırma işləri görülən müddətdə Sabunçu rayonu üzrə 2-ci Mədən, E.Mehdiyev, İ.Aslanov, N.Baybakov, Şəhər şosesi, Y.Saratov, Y.Əliyev, Q.Musabəyov, M. Aydınbəyov, T.Bümyadov, M.İbrahimov, D.Bedniy, S.Dadaşov, Ş.İ.Xətai, M.Ə.Rəsulzadə, H.Zərdabi və Zevin küçələrinin, Xəzər rayonu üzrə isə Şüvəlan qəsəbəsi, Mayak bağları ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!