DİQQƏT! Təhlükəsizlik Xidməti məlumat yaydı   - ƏHALİYƏ XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Təhlükəsizlik Xidməti məlumat yaydı - ƏHALİYƏ XƏBƏRDARLIQ

Rəsmi

16 Mart 2024 00:50 6280


“Azərpoçt” MMC-nin adından dələduzluq halları davam etməkdədir.

Yenisabah.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Belə ki, kiberdələduzlar vətəndaşlara mesajlar göndərərək paketlərinin anbara gəldiyini və bağlamada ev ünvanının qeyd olunmadığını bildirib, ünvanın yenilənməsi üçün saxta keçidlərə yönləndirirlər. Qeyd olunan keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr yaradılıb. Sezar pizza

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!