Direktorun müəllimləri təhqir etməsinə dair araşdırma aparılır - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Direktorun müəllimləri təhqir etməsinə dair araşdırma aparılır - Rəsmi

Sosial

06 Mart 2025 12:55 262


Bakı şəhəri 301 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar davam edir.

Yenisabah.az xəbər verir ki, bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən açıqlama verilib.

Martın 6-da Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar. pizza hut

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, bir neçə gün öncə paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyü iddiası ilə “Xəzər TV”yə müraciət ediblər. Müəllimlərin sözlərinə görə, onlar direktor tərəfindən təhqir, hətta, təhdid də edilirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    AZƏRBAYCANDA NƏ QƏDƏRKİ VARLI OLUB BİLİK SƏVİYYƏSİ AŞAĞI. OLAN " müəllimlər" direktor təyin ediləcəklər BELƏ. DƏ olacaq. Direktorların çoxu pedaqoji NÜFUZU olmayan pulu, ADAMI olanlardırlar.
    1 year ago