Direktorun səhvi 12 yaşlı şagirdin ölümünə səbəb oldu - Video

saytların hazırlanması

Evə çatdırılma

Direktorun səhvi 12 yaşlı şagirdin ölümünə səbəb oldu - Video

Kriminal

24 May 2019 09:01 1123


Space Tv-də Amil Xəlilin verilişində növbəti müəmmalı ölüm hadisəsi işıqlandırlıb. 

“Yeni Sabah” xəbər verir ki, “Gəl dərdini danış” verilişinə ailəsi ilə müraciət edən Nurlan sinif yoldaşını öldürmədiyini bildirib. Belə ki, dərs zamanı müəllim sinifdə olmayıb. Sinifdən gedən biologiya müəllimi Araz bəy uşaqları Nurlana tapşırır. Nurlanda sakit olmayan uşaqları tənbeh edərkən Elgünlə mübahisə edir. Əsəbləşən Nurlan Elgünə zərbə vurur və Elgün ölür. Ailə iddia edir ki, Nurlan onu yavaş vurub və o zərbə ilə Elgün ölə bilməzdi.

Lakin məhkəmə qətnamələri ilə tanış olan ekspertlər və aparıcı bu işdə müəmmalı ikinci hadisənin də olduğunu vurğulayıblar. Qeyd edilib ki, bazar ertəsi rəylər olduğu kimi tamaşaçılara təqdim ediləcək. Dördpendirli pizza

Verilişdə çıxış edən Nurlanın anası Elgünün anasına səslənib.Daha sonra Nurlan da Elgünün anasına səslənib “Mən eləməmişəm. Günahım yoxdur. Mən Elgünü çox istəmişəm”. 

Həmin anları sizə təqdim edirik..

Qeyd edək ki, Amil Xəlilin “Gəl dərdini danış” verilişinə çıxan ailə işin ədalətli aparılmasını da xahiş edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!