“Doğulduğum Xankəndiyə gedib...” - Fəxrəddin Manafov 

saytların hazırlanması

Evə çatdırılma

“Doğulduğum Xankəndiyə gedib...” - Fəxrəddin Manafov 

Şou

22 Sentyabr 2023 14:47 762


“O gün bütün gecəni sabaha qədər nə televizorun, nə də ki, internetin qarşısından ayrıla bilirdim, çünki bu, vacib an idi. Bu, nəticədir. Bu, 44 günlük, müzəffər günümüzün nəticəsidir. Ən vacibi də odur ki, Xankəndi şəhərində dünyaya gəlmişəm, gözümü açmışam. Bu mənim, bütün Azərbaycan, dünya azərbaycanlıları və türk milləti üçün çox böyük sevindirici andır. Allaha çox şükür!”

Yenisabah.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Fəxrəddin Manafov “Sabahın xeyir, Azərbaycan!” verilişinə müsahibəsində deyib.

O əlavə edib: “Çox xoşbəxtəm".  Sezar pizza

Xankəndidə anadan olan F.Manafov doğma torpağına gedəcəyi günün çox yaxından olduğunu vurğulayıb:

“Şuşada və Füzulidə oldum. İnşallah, o günü gözləyirəm ki, nəhayət, doğulduğum Xankəndiyə də gəlib, oradan aşağı düşüb Həsənabad kəndində o torpaqlarımızı (kövrəlir) öpüb, gözümə qoyacağam”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!