Doğuş Xoşqədəm Hidayətqızı ilə birgə apardığı "Günaydın, Azərbaycan" verilişindən danışıb.
Yenisabah.az olay-a istinadla xəbər verir ki, sevdiyi qonaqları dəvət etdiyini deyib:
"Qonaqları mən çağırıram. İclaslarım nəticə verir. Nə qədər ki, birlikdəyik, həmişə reytinqimiz zirvədə olacaq. Nəticədə mən də dünyanın bir çox yerində konsert verən tanınmış simayam. Bu poqramı da sevdiyim üçün ailəmin və sənin yanındayam. Ona görə sevdiyim, qulağıma, gözümə xitab edən sənətkarları dəvət etmək istəyirəm. Dedim ki, o şərtlə ikinci sezonda varam, yoxsa gəlmərəm. Mən çağırıram, çox da rahatam". pizza hut
X. Hidayətqızı isə ərinin fikirləri ilə bağlı bunları söyləyib:
"Doğuş dedi ki, bir şərtlə "Günaydın, Azərbaycan"da olaram ki, qonaq çağırmağıma etiraz etməyəcəksən. Kimi istəyirəm, çağıracam. Ondan sonra gördüm ki, Doğuş da reytinqə işləyirmiş".
Telegram kanalımız