Dörd nəfər qazdan zəhərlənərək öldü – Ermənistanda

saytların hazırlanması

Evə çatdırılma

Dörd nəfər qazdan zəhərlənərək öldü – Ermənistanda

Rəsmi

26 Dekabr 2019 05:09 1116


Ermənistanın Lori rayonunun Alaverdi şəhərində yerləşən mənzillərin birində dörd nəfərin, o cümlədən iki yeniyetmənin meyiti tapılıb.

Ermənistan İstintaq Komitəsi bildirib ki, ölən şəxslər bir ailənin üzvü olub. 

Dekabrın 25-də Alaverdi şəhərinin tibb mərkəzindən mənzillərin birində dörd nəfərin öldüyü barədə məlumat daxil olub.  Pepperoni pizza

Hadisə yerinə cəlb edilən istintaq-əməliyyat qrupu 2002 və 2004-cü il təvəllüdlü yeniyetmələrin və onların valideynlərinin meyitlərini tapıb.

Hadisə yerinə baxış keçirən polis qaz sobasının işlədiyini qazsiqnalizatorun isə dövrəyə qoşulmadığını aşkarlayıb.

Baş verən hadisə ilə bağlı cinayət işi açılıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!