Dövlət büdcəsindən 280 milyon manat qaytarılıb - Nazirlik

saytların hazırlanması

Evə çatdırılma

Dövlət büdcəsindən 280 milyon manat qaytarılıb - Nazirlik

İqtisadiyyat

17 Noyabr 2025 11:35 666


2025-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 279 milyon 913,4 min manat məbləğində vəsait geri qaytarılıb.

"Yeni Sabah" APA-Economics-ə istinadla xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Qaytarılan vəsaitlər əcnəbilərin ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərində ödənilmiş ƏDV-yə aiddir. Sezar pizza

Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da vətəndaşlara qaytarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!